REGİONLAR


Lənkəranda çimərlik mövsümü ilə bağlı monıtorinqlər başa çatıb

Lənkəran, 9 iyun, Bağır Əliyev, AZƏRTAC

Çimərlik mövsümünün başlamasına az qalır.

AZƏRTAC xəbər verir ki, çimərlik turizmi üçün geniş potensialı olan Lənkəranda 5 məntəqədən götürülən suyun laboratoriyalarda fiziki-kimyəvi və bakterioloji analizləri başa çatıb. Dəniz suyunun standarta uyğun olduğu bildirilir.

Ölkəmizdə çimərlik mövsümü iyunun 15-dən başlasa da, artıq Lənkəran rayonunun Xəzər dənizi sahilində dincələn insanlara rast gəlmək olar. Dənizə istirahət üçün üz tutanların təhlükəsizliyi də diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.