REGİONLAR


Lənkəranda dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib

A+ A

Lənkəran, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Mərkəzdə qoyulmuş büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Toplantıda Mərkəzin direktoru Reyhanə Sadıxova Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı çıxış edib.

Müstəqil Azərbaycan Respublikasının ötən 25 ildə qazandığı nailiyyətlərdən ətraflı söhbət açan R.Sadıxova müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində Ümummilli Liderin əvəzolunmaz xidmətlərindən danışıb, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bugünkü inkişafından söz açılıb.

Sonda tədbir iştirakçıları Mərkəzin rəsm studiyası üzvlərinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr etdikləri rəsm əsərləri ilə tanış olub, sənədli filmə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.