REGİONLAR
Lənkəranda fərdi təsərrüfatda quava meyvəsi yetişdirilir
Lənkəran, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Tərkibində portağaldan dörd dəfə çox C vitamini olan quava meyvəsi orqanizmi infeksion xəstəliklərdən müdafiə edir. Elə bu səbəbdən bu bitkiyə tələbat artıb.
AZƏRTAC xəbər verir ki, tropik bitki sayılan quavanın vətəni əsasən Cənubi Amerika hesab edilsə də, lənkəranlı Ələddin Hüseynov onu yerli iqlimdə yetişdirə bilib.
Təsərrüfat sahibi xaricdən gətirdiyi bitkini çoxaldaraq hər bir ağacdan 35-40 kiloqram məhsul əldə edir.
Çox tez məhsul verən quava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır.
Şirinliyi ilə seçilən quavadan mürəbbə, kompot və şirələr də hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]