REGİONLAR


Lənkəranda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Lənkəran, 2 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 2-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında 2017-ci ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilin birinci yarısının bir sıra uğurlarla başa çatdığını bildirib. Qeyd olunub ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 1,6 faiz artaraq, 163 milyon manata çatıb. Bu dövrdə sənayedə 15,6 milyon manatlıq məhsul istehsal olunub, qeyri-dövlət sektorunda istehsalın həcmi 10,9 milyon manat təşkil edib. Rayonda tərəvəzçilik, çayçılıq və çəltikçilik sahəsində uğurlu nəticələr qazanılıb.

Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin aparılması üçün Azərbaycan Prezidentinin 2017-ci il 7 iyun tarixli Sərəncamı ilə 7,5 milyon manat ayrıldığını vurğulayan icra hakimiyyətinin başçısı bu Sərəncamın rayon sakinləri tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılandığını bildirib.

Yığıncaqda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müаvini – sosial-iqtisadi inkişаfın təhlili və prоqnоzlаşdırılmаsı şöbəsinin müdiri Xalid Rəhimоvun hesabat məruzəsi dinlənilib.

Müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, maliyyə idarəsinin müdiri İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı İdarəsinin rəisi Allahyar Salayev və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək, cari ilin birinci yarısında görülən işlərdən danışıblar.

İclası yekunlaşdıran T.Qaraşov qarşıda duran vəzifələri uğurla icra etmək, mövcud problem və nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.