REGİONLAR


Lənkəranda investisiya layihələrinin qəbuluna başlanılıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, müasir tərəvəzçilik, çayçılıq, bağçılıq və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.