REGİONLAR
Lənkəranda keçirilən bayram şənliyi sakinlərə xoş ovqat bəxş edib
Lənkəran, 1 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkərandakı “Şah sarayı”nda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov sakinləri əlamətdar bayramlar münasibətilə təbrik edib. 2016-cı ilin xalqımız, o cümlədən lənkəranlılar üçün uğurlu olduğunu vurğulayan T.Qaraşov rayon sakinlərinə yeni ildə daha böyük uğurlar arzulayıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən söhbət açan icra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmaları və birliyinin möhkəmlənməsi, onların tarixi vətənləri ilə əlaqələrinin güclənməsi, azərbaycançılıq ideyası ətrafında birləşmələri istiqamətində misilsiz fəaliyyətindən danışıb. Bildirib ki, xaricdə yaşayan həmvətənlərimizin Bakıda keçirilən qurultayları da bu prosesdə mühüm əhəmiyyət daşıyır.
Bayram tədbirində rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrində, ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fəallığı ilə seçilən şəxslərə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Bayram tədbiri konsert proqramı ilə davam edib. Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirib.