REGİONLAR


Lənkəranda mal-qara arasında profilaktik tədbirlər davam etdirilir

A+ A

Lənkəran, 7 avqust, AZƏRTAC

Lənkəran Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayonun yaşayış məntəqələrində mal-qara arasında profilaktik tədbirlər uğurla davam etdirilir.

Heyvandarlıq təsərrüfatlarında əvvəlcədən aşkar olunmuş xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri nəticəsində fermerlərə dəyəcək ziyanın qarşısı alınıb.

Rayonda mal-qara arasında profilaktik peyvəndləmə tədbirləri yoluxucu və digər xəstəliklərə qarşı aparılır. Bunların sırasında qarayara, nodulyar dermatit və dabaq kimi təhlükə yarada biləcək xəstəliklər xüsusi yer tutur.

Altı ay ərzində Lənkəranda 52 min nodulyar dermatit, 53 min qarayara və 52 min dabaq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Bu işlər ilin sonuna kimi davam etdiriləcək.

Görülən tədbirlər nəticəsində heyvandarlıq təsərrüfatlarında mal-qara arasında tələfat qeydə alınmayıb.

Hazırda peyvəndləmə tədbirləri rayonun dağətəyi və dağlıq ərazilərində yerləşən təsərrüfatlarda iri və xırdabuynuzlu mal-qara arasında aşkar edilmiş qan-parazitar xəstəliklərinə qarşı aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.