REGİONLAR
Lənkəranda məktəbli şahmatçıların zona yarışında 36 idmançı finala vəsiqə qazanıb
Lənkəran, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda bir həftə davam edən məktəbli şahmatçılar arasında respublika birinciliyinin zona mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda 90-a yaxın məktəbli qələbə uğrunda mübarizə aparıb.
Məktəbli şahmatçılar yaş qruplarına uyğun olaraq 12 qrupda mübarizə aparıblar. İştirakçıların sayı az olan qruplarda isə yarışlar iki dövrədə keçirilib.
Altı yaş qrupunda keçirilən şəxsi birincilik yarışlarında 7 yaşa qədər olan qızlar və oğlanlar, həmçinin 11-17 yaşlı məktəblilər iştirak ediblər.
Zona yarışının yekunlarına əsasən, 36 şahmatçı respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb. Onlardan 12 nəfəri Lənkəran Şəhər Şahmat Məktəbinin yetirməsi olub.
Yarışda fərqlənən şagirdlərə diplom və hədiyyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]