CƏMİYYƏT


Lənkəranda mərkəzi bazarda yanğın baş verib

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də səhər saatlarında Lənkəran şəhərində mərkəzi bazarın ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan, bir-birinə bitişik tikilmiş çayxananın bir hissəsi və telefon satışı mağazasının 16 kvadratmetri yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub. Alov 8:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.