REGİONLAR
Lənkəranda milli təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi qeyd olunub
Lənkəran, 29 mart AZƏRTAC
Martın 29-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində milli təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyinə həsr olunmuş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan ətraflı söhbət açıb.
Toplantıda çıxış edənlər MTN işçilərini peşə bayramı münasibətilə təbrik edərək ölkəmizdə milli təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra bu sahədəki əvəzsiz xidmətlərindən, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından söhbət açıb, MTN əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndiriblər.
Tədbirdə MTN Lənkəran şəhər şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib.