REGİONLAR


Lənkəranda oxucular üçün “Açıq kitabxana” təşkil edilib

Lənkəran, 25 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda “Açıq kitabxana” layihəsi çərçivəsində oxucular üçün səyyar kitabxana xidməti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Kitabxanasının qarşısında təşkil olunan tədbirdə yüzlərlə kitabsevər, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Azərbaycan tarixi”, “Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Ulu öndər Heydər Əliyev”, “Lənkəran yazarları”, “Şəhidlər ölməz, Vətən bölünməz” guşələrində ümumilikdə 700 adda kitab sərgilənib.

Azyaşlı oxucular üçün nəzərdə tutulan “Yay məktəbi” guşəsi də maraqla qarşılanıb. Mərkəzi kitabxananın uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlarda mütaliə mədəniyyətinin yüksəldilməsi üçün 100-ə yaxın uşaq ədəbiyyatını sərgiyə çıxarıb.

Tədbirdə 30-a yaxın yeni oxucu kitabxanaya üzv yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.