REGİONLAR


Lənkəranda qurbanlıq heyvanların satış-yarmarkası təşkil olunub

A+ A

Lənkəran, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC 

Müqəddəs Qurban bayramı ilə əlaqədar Lənkəranda qurbanlıq heyvanların satış-yarmarkası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Lənkəranda və ətraf rayonlarda fəaliyyət göstərən on bir fermer təsərrüfatından 3200 baş xırdabuynuzlu heyvan yarmarkada satışa çıxarılıb.

Baytar müayinəsindən keçmiş diri heyvanlar çəkisindən asılı olaraq 100-120 manata satılır. Kəsilmiş qoyun ətinin bir kiloqramı 8 manata alıcılara təklif olunur.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov bildirib ki, yarmarkanın keçirilməsində məqsəd vətəndaşların qurbanlıq heyvanlara olan tələbatını ödəmək və bazarda süni qiymət artımının qarşısını almaqdır.

Bayram yarmarkası üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.