REGİONLAR
Lənkəranda sahibkarlar ixrac bazarları və mövcud qanunvericiliklə bağlı məlumatlandırılıblar
Lənkəran, 14 mart, Bağır Əliyev, AZƏRTAC
İqtisadiyyat Nazirliyi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Haftoni qəsəbəsində yerli sahibkarlar üçün təşkil olunmuş treninqdə sahibkarlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib.
Təlim məşğələsində sahibkarlara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılar üçün güzəştlər və stimullaşdırıcı tədbirlər, ixracyönümlü məhsulların istehsalı, innovativ texnologiyalar, logistik mərkəzlərin yaradılması, biznes planın tərtib edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Tədbir iştirakçıları, həmçinin Apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.