REGİONLAR


Lənkəranda turistlər üçün rəngarəng proqramlar təşkil olunur

A+ A

Lənkəran, 12 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi Turizm İnformasiya Mərkəzi ilə birgə rayona gələn turistlərin istirahətinin mənalı keçirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri “Palıdlı sahil” istirahət mərkəzində dincələn turistlər üçün təşkil edilib.

Turistlər Lənkəranın turizm potensialını əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirin bədii hissəsində yerli incəsənət ustalarının ifasında mahnılar ifa olunub, turistlər üçün viktorina və diskoteka təşkil edilib.

Lənkəranda dincələn turistlərə, həmçinin rayonun turizm potensialını əks etdirən bukletlər və flayerlər paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.