CƏMİYYƏT
Lənkəranda yağıntının miqdarı 61 millimetr təşkil edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 61, Astarada 57, Göytəpədə 35, Lerikdə 26, Yardımlıda 24, Rvarudda 14, Neftçalada 10, Kəlvəzdə 5, Əlibəy hidrometeoroloji stansiyasında 25,2, Zaqatalada 22, Nabran, Sarıbaşda 21, Qax, Balakəndə 15, Kişçay (Şəki), Oğuzda 14, Qəbələ, Şəkidə 10, İsmayıllıda 8, Altıağacda 5, Xaçmazda 4, Qubada 3, Xınalıq, Mərəzədə 2, Şabran, Şamaxıda 1 millimetr olub. Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.
Yağıntının miqdarı Ağstafada 18, Tovuzda 14, Köçəsgər, Şəmkirdə 10, Ağdamda 8, Düz Qışlaq, Ceyrançöl, Dağ Kəsəmən, Ağdərədə 5, Gəncədə 4, Naftalanda 2, Biləsuvarda 17, Salyan, Beyləqanda 9, İmişlidə 6, Tərtər, Göyçayda 4, Bərdə, Mingəçevirdə 3, Yevlax, Zərdabda 2, Kürdəmir, Sabirabad, Qazıməmməddə 1, Gədəbəydə 11, Daşkəsəndə 9, Göygöldə 8, Ordubadda 15, Şərurda 14, Naxçıvanda 7, Ağdərədə 5, Şahbuzda 1millimetr, Bakıda və Abşeron yarımadasında isə 1-5 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Əlibəy hidrometeoroloji stansiyasında 30, Rvarudda 29, Lerikdə 28, Sarıbaşda 26, Kişçayda 16, Gədəbəydə 10, Daşkəsən, Altıağacda 8, Xınalıqda 7, Kəlvəz, Ağdərədə 6, Kükü (Şahbuz), Şahdağda 4, Göygöldə 3 santimetr olub.