REGİONLAR


Lənkəranda yaralı vəziyyətdə tapılmış qartal Hirkan Milli Parkına təhvil verilib

A+ A

Lənkəran, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda yerli sakinlər yolun kənarında hərəkətsiz halda qartal aşkarlayıblar.

AZƏRTAC xəbər verir ki, yaralı olduğu müəyyən olunan qartal Hirkan Milli Parkına təhvil verilib.

Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğunu və yarasının ağır olduğunu, bu növ qartalların cənub bölgəsinin təbiəti üçün xarakterik olmadığını bildiriblər.

Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilərən qartala lazımi tibbi yardım göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.