REGİONLAR
Lənkəranda yeni tədris ilinə hazırlıq işləri davam etdirilir
Lənkəran, 4 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda yeni tədris ilinə hazırlıq işləri çərçivəsində bəzi məktəblərdə mövsümi təmir işləri aparılıb, bir təhsil ocağı üçün isə əlavə tədris korpusu tikilib.
Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov AZƏRTAC –a bildirib ki, rayonun Kənarmeşə kənd tam orta məktəbinin dam örtüyü tamamilə dəyişdirilib. Hazırda şəhər 7 nömrəli tam orta məktəbdə təmir işləri davam etdirilir. Yaxın günlərdə Velədi kənd tam orta məktəbində təmir işlərinə başlanılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Ağentliyi tərəfindən həyata keçirilən “Azərbaycan Kənd İkinci İnvestisiya” (AzKİL) layihəsi cərçivəsində Səpnəkəran kənd tam orta məktəbi üçün əlavə korpusun tikildiyini vurğulayan G.Bağırov Viravul kənd 1 nömrəli tam orta məktəbinin təmir edildiyini deyib. O, həmçinin Moğonojoba kənd tam ortaq məktəbi üçün isə əlavə sinif otaqlarının tikiləcəyini diqqətə çatdırıb.
Məktəblərdə payız-qış mövsümünə hazırlıq işlərinin də davam etdirildiyi diqqətə çatdırılıb.