REGİONLAR
Lənkəranın Daştatük kəndində kütləvi zəhərlənmə baş verib
Lənkəran, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Daştatük kəndində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə əksəriyyəti uşaqlar olmaqla, 59 nəfər müraciət edib.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, infeksion şöbəsinə yerləşdirilən xəstələrə zəruri tibbi yardımlar göstərilib. Müraciət edənlərdən 49 nəfəri ambulator müalicəyə buraxılıb, digər 10 xəstənin müalicəsi isə davam etdirilir.
İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu məqsədlə həmin su mənbəyindən nümunələrər götürülərək Bakıya göndərilib.
Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]