REGİONLAR


Lənkəranın Günəhir kəndinə içməli su xətti çəkilib

Lənkəran, 3 avqust, Bağır Əliyev, AZƏRTAC

Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin icrası başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə avqustun 3-də Lənkərana səfər edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori əvvəlcə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb, qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Lənkəranın Günəhir kəndinə içməli su xəttinin çəkilməsi münasibətilə keçirilən açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak ediblər.

Layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi və “Qlobal-Humanitar Təşkilat” arasında bu il fevralın 27-də imzalanıb. Kənd sakinlərinin suya olan tələbatını ödəmək məqsədilə layihə çərçivəsində 14,3 kilometr su xətti çəkilib, su anbarı, 40 ton həcmində rezervuar və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib. Ümumi məbləği 82,213 ABŞ dolları təşkil edən layihədən 1500 kənd sakini faydalanacaq.

Mərasimdə çıxış edənlər rayonda həyata keçirilən sosial-iqtisadi layihələrdən söz açıb, yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.