CƏMİYYƏT


Lənkəranın Qurumba kəndində avtomobil yolunun kənarında mərmi aşkarlanıb

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 8-də Lənkəran rayonunda aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Lənkəran rayonunun Qurumba kəndində avtomobil yolunun kənarına baxış keçirib. İki 73 millimetrlik geri təpməsiz top mərmisi (OQ-9) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Yoxlanılan ərazi 1000 kvadratmetr təşkil edib.

Ümumilikdə, agentlik tərəfindən yanvarın 1-dən iyunun 8-dək 5 min 668 partlamamış hərbi sursat, tank əleyhinə 191 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 3 milyon 855 min 477 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.