REGİONLAR


Lənkəranın çay plantasiyalarında ikinci məhsul yığımı başa çatıb

A+ A

Lənkəran, 27 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun çay plantasiyalarında ikinci məhsul yığımı başa çatıb.

AZƏRTAC xəbər verir ki, birinci yığımda sahələrdən 250 ton yaşıl çay yarpağı toplayan məhsul istehsalçıları ikinci yığımda bu rəqəmi 500 tona çatdırıblar.

Bu il havaların yağıntılı keçməsi çay plantasiyalarında məhsuldarlığa müsbət təsir göstərib.

Avqustun əvvəllərində rayonda üçüncü çay yığımına başlanılacaq.

Daha yaxşı məhsuldarlıq əldə etmək üçün çay kollarına aqrotexniki qulluq əsas şərt hesab olunur.

Plantasiyalarda ikinci çay yığımı başa çatdıqdan sonra aqrotexniki tədbirlərə başlanılıb. Sahələrdə təkrar suvarma və kultivasiya işləri aparılır, alaqlar təmizlənir, kolların ətrafı yumşaldılır.

Qeyd edək ki, Lənkəranda çay yığımı kampaniyası sentyabradək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.