REGİONLAR


Lənkəranın dağ kəndlərinə gedən yolda torpaq sürüşməsi baş verib

A+ A

Lənkəran, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC

İntensiv yağışlar Lənkəranın dağ kəndlərinə gedən yolda çökmə və torpaq sürüşmələrinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, torpaq sürüşməsi əsasən rayonun Daştatük və Biləsər kəndlərinə gedən yolda qeydə alınıb. Sel sularının dağlardan gətirdiyi lil, ağac qırıntıları yolda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.

Yerli qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.