REGİONLAR


Lənkəranın iki şahmatçısı Avropa çempionatına vəsiqə qazanıb

A+ A

Lənkəran, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC

Quba şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşa qədər şahmatçılar arasında keçirilən respublika birinciliyində lənkəranlı idmançılar uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, yarışda 12 şahmatçı ilə təmsil olunan Lənkəran Şəhər Şahmat Məktəbinin iki yetirməsi gümüş medala layiq görülərək, 2017-ci ildə məktəblilər arasında keçiriləcək Avropa çempionatına vəsiqə qazanıblar.

İsveçrə sistemi ilə keçirilən respublika birinciliyində oğlanlar arasında Kənan Əhədzadə, qızlar arasında isə Nəzrin Mirzəzadə mükafatçılar sırasına düşüb.

Qitəmiqyaslı yarışa vəsiqə qazanan Nəzrin Mirzəzadə bundan əvvəl məktəblilərin dünya çempionatında iştirak etmək hüququ qazanıb. Rusiya Federasiyasının Soçi şəhərində keçiriləcək həmin yarış dekabrın 2-də başlayacaq. Hazırda zəka sahibi bu çempionatın təlimlərinə başlayıb.

Respublika birinciliyi digər bir lənkəranlı şahmatçı üçün də əlamətdar olub. Belə ki, 7 yaşa qədər zəka sahiblərinin mübarizəsində 4 yaşlı Nuray Məmmədli 7 mümkün xaldan 4-nü toplayaraq ona bəslənilən ümidləri doğruldub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.