REGİONLAR


Lənkəranın yeniyetmə şahmatçıları beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş medal qazanıblar

Lənkəran, 31 avqust, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şahmat Məktəbinin yeniyetmə zəka sahibləri Rusiya Federasiyasının Həştərxan vilayətində şahmat üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, doqquz turdan ibarət olan və İsveçrə sistemi ilə keçirilən turnirdə Lənkəranı üç şahmatçı - Hacəli Əhədzadə, Kənan Əhədzadə və Nəriman Ağayev təmsil edib.

13 yaşlı şahmatçıların mübarizəsində Hacəli Əhədzadə bütün rəqiblərini qabaqlayaraq yarışın qızıl medalını qazanıb.

Nəriman Ağayev və Kənan Əhədzadə isə beynəlxalq turniri ikinci pillədə başa vuraraq gümüş medala layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.