REGİONLAR


Lənkəranın yeniyetmə və gənc güləşçiləri Rusiyada keçirilən turnirdə 7 medal qazanıblar

A+ A

Lənkəran, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC

Rusiya Federasiyasının Kostroma şəhərində yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə VII Ümumrusiya açıq turnirində ''Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran filialının güləşçiləri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, altı ölkəni təmsil edən 245 idmançının mübarizə apardığı turnirdə Lənkəranın 9 güləşçisindən 7-si mükafatçılar sırasına düşə bilib. Qazanılan medallardan dördü qızıl, ikisi gümüş, biri isə bürünc olub.

Qızıl medallara Mirkazım Fəttayev (38 kq), Radik Əkbərov (54 kq), Ruslan Dadaşov (58 kq) və Tahir Allahverdizadə (66 kq), gümüş medallara Miraydın Məmmədzadə (46 kq) və Əkbər Əkbərli (55 kq), bürünc medala isə İbrahim Məcidzadə (50 kq) sahib çıxıb.

Turnirin nəticələrinə əsasən, ümumi komanda hesabında "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran filialının komandası birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.