REGİONLAR
Lənkəranın yeniyetmə voleybolçuları Respublika turnirinin qalibi olublar
Lənkəran, 30 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yeniyetmələrdən ibarət voleybol komandası X Respublika turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, 2002-2003-cü il təvəllüdlü voleybolçuların mübarizəsində Lənkəran təmsilçiləri əvvəlcə Astarada keçirilən zona mərhələsində yarışıblar.
Zona yarışında Zaqatala, Tovuz və Sumqayıt komandalarını çətinlik çəkmədən mübarizədən kənarlaşdıran lənkəranlı voleybolçular turnirin yarımfinalına vəsiqə qazanıblar.
Balakəndə keçirilən yarımfinalda lənkəranlılar “Göygöl”, “Masallı” komandası isə “Balakən” komandası ilə qarşılaşıb.
Lənkəranlılar yarımfinalda “Göygöl” komandasına qarşı yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəliblər.
Final görüşündə isə ev sahibi “Balakən” komandasından 2 set üstün olan “Lənkəran” komandası turnirin qalibi adını qazanıb.
Qaliblərə diplomlar və mükafatlar verilib.