REGİONLAR
Lənkəranlı ağır atlet ikinci dəfə Avropa çempionu adını qazanıb
Lənkəran, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranlı ağır atlet Səbinə Əzimova milli komandanın tərkibində növbəti dəfə Avropa çempionu olub.
AZƏRTAC xəbər verir ki, Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında keçirilən ağır atletika üzrə Avropa çempionatında Səbinə Əzimova ölkəmizi 48 kiloqram çəki dərəcəsində təmsil edib.
S.Əzimova çempionatda birdən 65 kiloqram, təkanla 87 kiloqram ağırlıq qaldıraraq yekunda 152 kiloqram nəticə ilə karyerasında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Bolqarıstandan və Böyük Britaniyadan olan rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Qeyd edək ki, S.Əzimova ötən il yeniyetmələrin yaş qrupunda Avropa çempionu olmaqla yanaşı, eyni zamanda, yeni rekord da müəyyənləşdirib.