REGİONLAR
Lənkəranlı boksçu Rusiyada ölkəmizi layiqincə təmsil edib
Lənkəran, 2 iyul, Bağır Əliyev, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirməsi Ağasəlim Mustafazadə Rusiyada boks üzrə keçirilən beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edərək yeniyetmələr arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AZƏRTAC xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan lənkəranlı boksçu beynəlxalq turnirdə ölkəmizi təmsil edən 5 idmançıdan biri olub.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda təmsilçimiz bütün rəqiblərini üstələməyi bacarıb. O, Rusiya Boks Federasiyasının diplom, medal və kubokuna layiq görülüb.
Qeyd edək ki, boks üzrə Milli komandanın üzvü olan Ağasəlim Mustafazadə Respublika çempionatının bürünc mükafatçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [15:31]
Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək
- 29.03.2024 [14:54]
Salyan sakinindən külli miqdarda heroin götürülüb
- 29.03.2024 [13:39]
Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada
- 29.03.2024 [13:09]
Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib
- 29.03.2024 [13:04]