REGİONLAR


Lənkəranlı fermer bildirçin təsərrüfatı yaradıb VİDEO

Lənkəran, 15 fevral, Bağır Əliyev, AZƏRTAC 

Lənkəranlı fermer Rauf Mahmudov bir ilə yaxındır ki, fərdi təsərrüfatında bildirçin saxlayır. Təsərrüfatda 200-ə yaxın bildirçin var.

AZƏRTAC xəbər verir ki, quşçuluqda daha sərfəli olan bu sahəyə maraq gündən-günə artmaqdadır. Buna səbəb isə bildirçinin qısa müddətdə yumurtavermə qabiliyyətinə malik olması, eləcə də sürətlə böyüməsi və ətinin dadlı olmasıdır.

R.Mahmudov bildirib ki, bildirçinin yumurtasının tərkibi A, B1 və B2 vitaminləri ilə zəngindir. Bu, toyuq yumurtasında olan vitaminlərdən daha çoxdur. Bildirçin ətinin də insan üçün faydaları olduqca böyükdür.

Qiymətlərə gəldikdə, diri çəkisi təxminən 200 qram olan bildirçin yumurtasının bir ədədi 15-20 qəpik, özü isə 1 manat 50 qəpik, 2 manat arası alıcılara təklif edilir.

Fermer gələcəkdə bildirçin təsərrüfatını genişləndirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.