REGİONLAR
Lənkəranlı fermerlər yeni çiyələk növlərindən bol məhsul əldə ediblər
Lənkəran, 7 iyul, AZƏRTAC
Cənub bölgəsində çiyələk yığımı davam edir.
AZƏRTAC xəbər verir ki, fermerlərin xaricdən gətirdikləri yeni növ çiyələk bitkisi məhsuldarlığı artırıb. Lənkəran və Cəlilabad rayonlarının çiyələk sahələrində əvvəllər ənənəvi çiyələk növlərindən istifadə edən fermerlər iyul ayında məhsul yığımını başa çatdırırdılar. Ancaq yeni çiyələk növləri hesabına məhsul yığımı dekabrın əvvəllərinədək davam edəcək.
Məhsul istehsalçıları yeni çiyələk növlərindən əldə edilən məhsulun daha keyfiyyətli olduğunu, kolları 7 illik olan yeni növlərin 5-6 gündən bir məhsul verdiyini bildirirlər. Fermerlər gələcəkdə xaricdən gətirilmiş yeni çiyələk növlərindən istifadə etməklə əkin sahələrini genişləndirməyi planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [21:12]
“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi
- 18.04.2024 [18:48]
Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib
- 18.04.2024 [18:48]
Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO
- 18.04.2024 [18:38]
Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO
- 18.04.2024 [18:16]
Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür
- 18.04.2024 [17:19]
Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 18.04.2024 [16:12]