REGİONLAR


Lənkəranlı güləşçi Gürcüstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

A+ A

Lənkəran, 15 avqust, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Araz Şükürzadə Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin tərkibində yunan-Roma güləşi üzrə 42 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan lənkəranlı idmançı turnirdə 4 həmyaşıdı ilə qüvvəsini sınayıb.

A.Şükürzadə Rusiya və Gürcüstan güləşçilərinə qalib gəlsə də, komanda yoldaşlarına məğlub olaraq üçüncü yerlə kifayətlənməli olub.

Qeyd edək ki, yeniyetmələrdən ibarət yığma komandamız beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Rusiya, Qazaxıstan komandaları da mübarizə aparıblar.

Komanda hesabında Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, üçüncü yeri isə İran pəhləvanları tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.