REGİONLAR


Lənkəranlı şahmatçılar ötən il 34 medal qazanıblar

Lənkəran, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC

Ötən il lənkəranlı şahmatçılar üçün uğurlu olub. Zona birinciliklərində, respublika çempionatlarında, turnirlərdə və müxtəlif beynəlxalq yarışlarda zəkasını sınayan idmançılar bu yarışlarda 34 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər Şahmat Məktəbinin zəka sahiblərinin ötən il ölkədaxili yarışlarda qazandıqları 24 medaldan 13-ü qızıl, 4-ü gümüş, 7-i isə bürünc, beynəlxalq yarışlarda qazanılan 10 medaldan isə 2-si qızıl, 6-sı gümüş və 2-si bürünc medal olub.

Cari ildə də uğurlarını təkrarlamağı planlaşdıran şahmatçılar yanvar ayının sonlarında növbəti yarışda iştirak edəcəklər. Salyan rayonunda keçiriləcək yarışda Lənkəranı 20-ə yaxın şahmatçı təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.