REGİONLAR


Lənkəranlı sürrealist rəssam

Lənkəran, 2 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktor müavini İlqar İsmayılov XX əsrin bədii mədəniyyətinin avanqard cərəyanı olan sürrealizmi cənub bölgəsində yaşadan yeganə rəssamdır.

AZƏRTAC xəbər verir ki, rəssamın yetirmələri respublika sərgilərində, baxış-müsabiqələrdə bir sıra uğurlar qazanıblar.

Sürrealist rəssam bu sənətin sirlərini çalışdığı təhsil ocağının şagirdlərinə böyük həvəslə öyrədir. O, yetirmələrinin uğurlarından və seçdiyi sənətin incəlikərindən söhbət açaraq deyib: “1996-cı ildə Göyçayda arxitektura üzrə respublika yarışmasında şagirdlərim birinci və ikinci yerləri tutub. Çəkdiyim rəsm əsərlərini təkcə kağız üzərində deyil, kətan və boşqablar üzərində də əks etdirirəm. Boşqablar üzərində rəsmləri sifariş əsasında çəkirəm. Əsas işim isə qrafikadır. Əsərlərimdə ən çox batal, əsatir və tarixi janrlara üstünlük verirəm. Salvador Dalinin əsərlərinin vurğunuyam, ona görə də rəsmlərimdə sürrealizmə daha çox yer ayırıram. Rəsmi çəkməyə başlayanda ideya özü beynimdə canlanır və çəkdikcə mövzular artır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.