DÜNYA
“Lenovo” 1 milyondan çox “Moto Z” smartfonu satıb
Bakı, 7 noyabr, AZƏRTAC
Çinin “Lenovo” kompüter şirkəti dünyada “Moto Z” smartfonlarının satışına görə lider olub.
AZƏRTAC “vistanews.ru”ya istinadla xəbər verir ki, şirkət bu elektron cihazların 1 milyondan çox satışını həyata keçirib.
Adıçəkilən telefon modelinə tələbatın yüksək olmasına səbəb smartfonla birgə verilən “Moto Mods” modul cihazı ilə bağlıdır. Cihazın özünün texniki göstəriciləri də olduqca cəlbedici görünür. Cihaz 2569x1440 piksel genişlənməyə malik 5,5 düym həcmli displeylə təchiz edilib.
“Moto Z” “Qualcomm Snapdragon 820” adlanan prosessorla fəaliyyət göstərəcək, onun əməliyyat yaddaşı 4 giqabayt olacaq. Smarfonun modifikasiyasından asılı olaraq əlavə yaddaş kartı isə 32 giqabayt və ya 64 giqabayt həcmə hesablanıb. Baxmayaraq ki, cihazın eni 5 millimetrdən artıq deyil, onun 13 meqapiksel əsas və 4 meqapiksel ön kamerası var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]