DÜNYA


Leonardo Di Kaprio fondu dələduzluqda şübhəli bilinir

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

ABŞ-ın Ədliyyə Nazirliyi Leonardo Di Kaprio fondunun Malayziyanın 1MDB dövlət fondunun dələduzluq əməliyyatlarında iştirakından şübhələnir və bunun yoxlanılması üçün məhkəməyə müraciət edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-da barəsində təhqiqat başlanıldığı 1MDB tərəfindən Hollivud ulduzunun “Leonardo DiCaprio Foundation” (LDF) fondunun hesabına 3 milyard dollar köçürüldüyü məlum olduqdan sonra Ədliyyə Nazirliyi Los-Anceles dairə məhkəməsinə şikayət edib. Lakin aktyorun özü təhqiqatın hədəfində deyil. LDF qeyri-kommersiya təşkilatı olduğundan, qanuna görə, mədaxil və xərcləri barədə informasiya verməyə məcbur deyil.

Malayziya hökuməti isə öz növbəsində adı 1MDB dövlət fondu ətrafında qalmaqala qarışan şəxslərlə bağlı araşdırma aparacağını vəd edib.

Xatırladaq ki, Leonardo Di Kaprio kino sahəsində parlaq karyerasından əlavə, xeyriyyə fəaliyyəti ilə də məşhurdur. O, vəhşi təbiətin mühafizəsi ilə bağlı müxtəlif proqramlara dəfələrlə sponsorluq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.