DÜNYA


Leonardo Di Kaprionun avtomobili qəzaya uğrayıb

Bakı, 22 avqust, AZƏRTAC

Hollivud aktyoru Leonardo Di Kaprio və onun rəfiqəsi, danimarkalı model Nina Aqdal Nyu-York Ştatında avtomobil qəzasına uğrayıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, insident Saffolk dairəsində, Nyu-York şəhəri yaxınlığında baş verib. Aktyor və onun rəfiqəsinin əyləşdiyi “Range Rover” markalı avtomobil qadın sürücü tərəfindən idarə olunan “Mini Cooper” avtomobili ilə toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində heç kimin xəsarət almadığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.