DÜNYA


Leonel Messinin vergidən yayınması ilə bağlı məhkəmə hökmü qüvvədə saxlanılıb

Bakı, 24 may, AZƏRTAC

İspaniya Ali Məhkəməsi “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Leonel Messinin vergidən yayınma işi ilə bağlı iyul ayında Barselona şəhərinin məhkəməsi tərəfindən verilən 21 ay həbs cəzası hökmünü qüvvədə saxlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iyulda Messi 4,1 milyon avro həcmində vergidən yayınma üzrə üç epizodda ittiham olunub. Bununla yanaşı, eyni müddətə həbs cəzasına məhkum edilən Messinin atası Xorxenin həbs müddəti də 15 ayadək azaldılıb.

Messi, həmçinin 2 milyon avro, onun atası isə 1,5 milyon avro həcmində cərimələnib. Argentinalı hücumçunun məhkəmənin qərarı ilə əlaqədar apelyasiya şikayəti verdiyi bildirilir.

İspaniyanın hüquqi ənənəsinə görə, zorakılıqla bağlı olmayan cinayətlər üzrə 2 ildən az məhkum olunan şəxslər cəzalarını barmaqlıqlar arxasında keçirmir. Beləliklə də Messi və atasının cəzasının şərti xarakter daşıyacağı güman olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.