SİYASƏT
Leonid Slutski: Minsk qrupu çox ləng işləyir
Moskva, 13 dekabr, AZƏRTAC
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk qrupu çox ləng işləyir. Bunu RF Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O deyib: “ATƏT-in Minsk qrupu necə ləng işləyirdisə, elə də işləyəcək. Odur ki, Dağlıq Qarabağ probleminin həlli üçün ilk addımları Rusiyanın köməyi ilə atmaq, özü də bunu ən qısa vaxtda etmək lazımdır”.
Deputatın fikrincə, münaqişənin həllinə dair danışıqlar haqqında hər hansı məlumatın sızması işə ziyan vura bilər. O deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi son dərəcə incə mətləbdir. Odur ki, hər hansı məlumatın sızması işə ziyan vura bilər. Biz bundan sonra da işləyəcəyik və ümidvaram ki, bu problemi nəvələrimizə saxlamayacağıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]