REGİONLAR


Lerikdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib

Lerik, 2 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lerikdə ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev sakinləri əlamətdar bayramlar münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində 2016-cı ilin də ölkəmizdə uğurla başa vurulduğunu qeyd edən C.Baxşıyev ötən il rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışıb. Yeni ildə qarşıda mühüm vəzifələrin durduğu vurğulanaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən geniş qeyd edildiyi diqqətə çatdırılıb.

Meydanda bəzədilmiş yolka ağacının ətrafında Şaxta baba və Qar qız ilə birlikdə bayram şənliyinə qatılan uşaqlara hədiyyələr verilib.

Mərasim rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.