REGİONLAR


Lerikdə doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

A+ A

Lerik, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların Lerik rayonunun da sosial-iqtisadi inkişafına müsbət təsir göstərdiyini vurğulayıb, ötən doqquz ayda sosial-iqtisadi inkişaf sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.

Yığıncaqda çıxış edən rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, kənd təsərrüfatı idarəsinin müdiri Mahmud Zahidov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev görülmüş işlərdən söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Sonda rayon veteranlar təşkilatının sədri Hidayət Bəşirova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Təşkilatının təsis etdiyi “General Həzi Aslanov yubiley medalı” təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.