REGİONLAR


Lerikli arıçılar yay balının süzülməsinə başlayıblar

A+ A

Lerik, 4 iyul, Bağır Əliyev, AZƏRTAC

Lerikin arıçılıq təsərrüfatlarında növbəti bal süzümünə başlanılıb.

AZƏRTAC xəbər verir ki, aprel-may aylarında yağışlı havalar səbəbindən arı ailələrinin məhsuldarlığı xeyli aşağı olsa da, indiki vəziyyət arıçıları qane edir.

Arıçı Mahir Surətov bildirib ki, bu il yaxşı bal olacaq. Artıq iyul balının süzülməsinə başlayan təsərrüfatçılar qeyd edirlər ki, orta ölçülü bir pətəkdə arı ailəsi 25-30 kiloqram bal toplayıb.

Ərazisinin təbiəti baxımından Lerik balı daha faydalı hesab edilir. Elə keyfiyyətli olduğu üçün də bir kiloqramı alıcılara 20-25 manata təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.