İDMAN


Levandovski gələn ilədək “Bavariya” ilə müqaviləsini yeniləyəcək

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

Futbol üzrə Polşa millisinin hücumçusu Robert Levandovski dekabrın sonunadək Münxenin “Bavariya” klubu ilə yeni müqavilə imzalayacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Kicker” nəşrinə müsahibəsində forvardın məsləhətçisi Mark Bartel açıqlayıb. Onun sözlərinə görə, sövdələşmə artıq yeni ilədək həllini tapmalıdır. Məlum olub ki, Levandovski yeni müqavilənin şərtlərinə görə, mövsümə 15 milyon avro alacaq.

2014-cü ildə Almaniyanın ən titullu komandasına transfer olunan 28 yaşlı polşalı hücumçunun Münxen klubu ilə mövcud müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.