DÜNYA
Leyboristlərin lideri Ceremi Korbin populyarlığa görə Tereza Meyi qabaqlayıb
Bakı, 23 iyun, AZƏRTAC
Müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin populyarlığına görə hakim Mühafizəkarlar Partiyasının lideri Baş nazir Tereza Meyi ilk dəfə qabaqlayıb. Bu, “YouGov” kompaniyasının iyunun 23-də “Times” qəzetində dərc olunan sosial tədqiqatında əksini tapıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya parlamentinin başçısı postuna kimin daha uyğun olması barədə sualın cavabında respondentlərin 35 faizi Korbinin, 34 faizi Tereza Meyin adını çəkib, rəy bildirən insanların 30 faizi isə cavab verməyə çətinlik çəkib.
Böyük Britaniyada iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra analoji sorğuların nəticələrinə əsasən hər iki siyasətçi təxminən bərabər dəstəyə malik olsa da, Mey hər zaman irəlidə gedib.
Xatırladaq ki, bu seçkilərdə mühafizəkarlar əvvəlki parlament heyəti ilə müqayisədə 12 yer itirərək cəmi 318 mandat əldə edə biliblər. Onlara mütləq üstünlük qazanmaları üçün 8 yer çatmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]