CƏMİYYƏT


Leyla Əliyeva 2 saylı uşaq evinin sakinləri ilə görüşüb

Bakı, 2 iyun, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.

Qeyd edək ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun daim baş çəkdiyi müəssisələrdən biridir. Bu dəfə uşaq evindən kənarda təşkil olunan görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilmişdi. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib, onlarla xatirə şəkilləri çəkdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.