Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Leyla Əliyeva: “Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz” VİDEO

Moskva, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Moskvada “AZIMUT Moscow Olympic Hotel” mehmanxanasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.

Mehmanxananın foyesində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Uşaqlar və müharibə” mövzusunda rəsm sərgisində uşaq evləri yetirmələrinin əl işləri nümayiş etdirilmişdir. Balaca rəssamların əsərlərində müharibəyə, şərə və ədalətsizliyə etiraz öz əksini tapmışdır. Monitorda Azərbaycanın Qarabağ regionunun müharibə zamanı dağıdılmış şəhər və kəndlərini əks etdirən kadrlar göstərilmişdir.

Salona toplaşanlar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü Leyla ƏLİYEVA tədbirdə çıxış edərək demişdir:

- Bu gün biz “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışıq. Bu kampaniya 5 il əvvəl Moskvada start götürmüşdür. Kampaniyanın başlıca məqsədi 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə haqqında həqiqi informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq 5 ildir ki, bu fevral günlərində dünyanın 70-dən çox ölkəsində müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri Xocalı faciəsinin qurbanları barədə haqq səslərini ucaldırlar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini ələ keçirdilər və nəticədə 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, min nəfərdən çox insan şikəst oldu. Bu faciə Azərbaycan tarixində ən dəhşətli, qanlı və müdhiş səhifələrdən biridir. Əlbəttə, bu gün biz nə etsək də o günahsız adamları həyata qaytara, öz yaxınlarını itirmiş insanların dərdini yüngülləşdirə, hər bir azərbaycanlının ürəyindəki yaranı sağalda bilməyəcəyik. Lakin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu müddət ərzində böyük iş görülmüş və nəticələr əldə edilmişdir.

Mən son 5 ildə bu kampaniyanın başlıca layihələrindən və nailiyyətlərindən sizə danışmaq istərdim. Ötən 5 ildə dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur. Kampaniyanın saytı 5 dildədir. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu çağırış cavabsız qalmamışdır. Kampaniya nəticəsində 6 ölkənin və ABŞ-ın 14 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Bir neçə gün bundan əvvəl İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda soyqırımı törədilmişdir. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunmuşdur. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində Xocalı abidələri ucaldılmışdır. Keçən il iyulun 9-da – Srebrenitsa qurbanlarının milli matəm günündə Sarayevonun mərkəzində bütün gün ərzində işıqlandırılmış monitorda Xocalıya ədalət çağırışı səslənmişdir. Xocalı haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər, məlumatlar nəşr olunur, filmlər çəkilir. Bu filmlərdən birinin qəhrəmanı, helikopter pilotu Leonid Kravets bu gün bizimlədir. Mən 1992-ci ildə günahsız insanları xilas edərkən göstərdiyi cəsarətə, bu faciə haqqında bütün həqiqəti danışmaqla nümayiş etdirdiyi igidliyə görə ona “çox sağ olun” deyirəm.

Bu gün kampaniyamızın fəaliyyətinin yeni mərhələsi başlanır. Biz əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik, irəlidə hələ çox layihələrimiz və tədbirlərimiz vardır. İnanıram ki, dünyada Xocalı hadisələrini soyqırımı kimi tanıyan ölkələrin sayı ildən-ilə artacaqdır. Tezliklə isə dünya birliyi bu faciəyə ədalətli hüquqi və mənəvi qiymət verəcəkdir.

XXI əsrdə kütləvi qətllərə, qanlı qırğına və soyqırımına yer olmamalıdır. Bu gün Azərbaycan müxtəlif sahələrdə uğurları ilə bütün dünyanı heyran qoyan, iqtisadiyyat, idman, mədəniyyət, elm sahələrində dinamik inkişaf edən, abadlaşan güclü, müasir və müstəqil dövlətdir. Azərbaycan regionun lideridir. Zaman göstərmişdir ki, Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar”.

X X X

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirmişdir ki, son illər ölkəmiz Xocalı faciəsinə diqqəti təkcə Azərbaycanın dərdi kimi deyil, həm də beynəlxalq ədalətə çağırış kimi cəlb edə bilmişdir və bu da respublikamızın dünyadakı mövqeyinin möhkəmlənməsinin növbəti təsdiqidir. Səfir “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı olan Leyla Əliyevaya dərin minnətdarlığını bildirmişdir. “Xocalıya ədalət!” kampaniyasının məqsədyönlü fəaliyyəti sayəsində son bir neçə ildə bir çox beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmiş, bir sıra ölkələrdə Xocalıda törədilən hərbi cinayətlərin tanınması prosesi genişlənir.

Səfir sonda demişdir: “Ümidvaram ki, nəhayət dünya Xocalının və xocalılıların harayını aydın eşidəcək, tarixin bu qara səhifəsindən ibrət dərsi götürəcək ki, gələcəkdə etnik təmizləmələrə və dinc əhaliyə divan tutulmasına yol verilməsin”. P.Bülbüloğlu bildirmişdir ki, gənclərin və gələcək nəsillərin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarını unutmaması çox vacibdir.

Sonra Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyev, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Rusiyanın Yəhudi Dini İcmaları və Təşkilatları Konqresinin vitse-prezidenti Zinovi Koqan, 1992-ci ildə faciə yerindən videoçəkilişlərin aparıldığı helikopterin komandiri Leonid Kravets çıxışlarında bildirmişlər ki, Xocalı faciəsi dünya tarixində ən qanlı soyqırımlarından biridir. Onlar Xocalı faciəsinin günahkarları barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışmışlar.

Sonra “Cəhənnəmi görən pilot” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirin sonunda ehsan verilmişdir.

Gecədə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri iştirak etmişlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Leyla Əliyeva: “Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub