CƏMİYYƏT


Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.

Pansionatın sakinləri üçün musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq bu pansionata baş çəkir, ahılların arzu və ehtiyacları ilə maraqlanır.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq yaşlı insanların da problemlərini, sağlamlıqlarını diqqətdə saxlayır. Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.