Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Əliyeva: Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı VİDEO

Moskva, 29 fevral, AZƏRTAC

Fevralın 29-da “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində “Redisson Royal Moskva” mehmanxanasının konfrans zalında Azərbaycan və Rusiya rəssamlarının əsərlərindən ibarət “Yaddaş” sərgisi açılıb.

Sərgidə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvü olan fəal tələbələr və onların rusiyalı dostları onlayn rejimdə Xocalı, müharibə, sülh və ədalət mövzularında rəsmlər çəkiblər.

Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və amansız səhifəsidir. O deyib: “Bu münaqişə artıq 30 ilə yaxındır ki, davam edir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Zəbt olunmuş torpaqlarda arxitektura şedevrləri, tarixi abidələr məhv edilib, bu diyarda Azərbaycan mədəniyyəti ilə bağlı bütün əlamətlər silinib”.

Heydər Əliyev Fondunun vitse-prezidenti həmin dəhşətli gecədən söz açaraq deyib: “Erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. Gələcək həkimlərin, mühəndislərin, müəllimlərin, Azərbaycanı daha yaxşı, işıqlı və maraqlı edə biləcək insanların həyatı yarımçıq qaldı. Beynəlxalq ictimaiyyət bu faciəyə ədalətli qiymət verməli, günahkarlar isə cəzalandırılmalıdır”.

Leyla Əliyeva bildirib ki, 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası start götürüb. Onun məqsədi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq və belə bir qətliamın heç vaxt və heç yerdə təkrarlanmamasına nail olmaqdır. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb. “Xocalıya ədalət!” kampaniyasını dünyanın onlarca ölkəsi dəstəkləyir. Kanada, Meksika, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Honduras parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda soyqırımı faktını tanıyırlar. Biz ən yüksək beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və Haaqa Beynəlxalq Məhkəməsinə petisiyalar təşkil edirik. Bizim səsimiz dünyanın ən mühüm konfrans və forumlarında eşidilir. Bosniyanın paytaxtı Sarayevoda Srebrenitsa və Xocalı soyqırımları qurbanlarının xatirəsinə abidə ucaldılıb. Faciə haqqında hər cür informasiyanın yer aldığı “Xocalıya ədalət” saytı açılıb. Biz bu dəhşətli faciə barədə filmlər çəkir, kitablar çap edirik. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Xocalıya həsr olunmuş konfrans, sərgi və seminarlar keçirilir. Fəallarımız sayəsində bizim kampaniyanı 115 təşkilat və 120 mindən çox adam dəstəkləyir.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan həmişə tolerant və multikultural ölkə olub. Müxtəlif millətlərdən və dinlərdən olan insanlar burada sülh və həmrəylik şəraitində yaşayıb və yaşayırlar. O deyib: “Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı. Xocalı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz Azərbaycan rəssamlarının və uşaqların rəsm əsərlərindən ibarət sərgi hazırladıq. Siz bu faciəni incəsənət adamlarının gözü ilə görüb duya bilərsiniz. Ola bilsin ki, bu əsərlərdə hədsiz qəm və kədər var. Amma biz səmimi qəlbdən inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz evlərinə, doğma yurd-yuvalarına qayıdacaqlar”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, dünyanın harasında yaşayırlarsa yaşasınlar, azərbaycanlıların indiki nəsilləri üçün “Xocalı” sözü ümumi ağrı-acıya çevrilib. Səfir deyib: “Bu gün burada gənclərin sayı çoxdur. Mən buna ürəkdən sevinirəm. Çünki gənclərimiz vətənpərvərlik ruhunda böyüyür və möhtərəm Prezidentimizin gənclərin qarşısına qoyduğu məqsəd və vəzifələri başa düşürlər. “Xocalı” sözü həddi-hüdudu olmayan ədalətsizliyin və vəhşiliyin timsalıdır. Azərbaycan xalqı məhz bu söz vasitəsilə müasir hüquqda bəşəriyyət əleyhinə cinayət kimi müəyyən edilən amansızlıqların ən qorxunc təzahürlərini yaşayır”.

Səfirin fikrincə, həyatın özü belə bir əbədiyaşar həqiqəti təsdiq edir: cəzasız qalan cinayətlər yeni və daha ağır cinayətlər doğurur. Diplomat deyib: “Buna görə vurğulamaq istəyirəm ki, Xocalı faciəsinin ağrı-acısını hiss etmək, onu qeyd-şərtsiz pisləmək təkcə bizim xalqın qayğısı deyil, həm də bütün xoşməramlı insanların əxlaqi-hüquqi seçimi olmalıdır. Bu baxımdan mən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük işlər görən Leyla xanım Əliyevaya “Çox sağ olun” demək istəyirəm. Bu zərif və gözəl xanım bütün fəaliyyətini bu məsələyə həsr edib və özünün qısa çıxışında bu yolda əldə edilən bir sıra nailiyyətləri sadalayıb. Artıq dünya üzünü bu faciəyə doğru çevirir və anlamağa başlayır ki, gələcəkdə belə bir qırğının dünyanın heç bir ölkəsində təkrarlanmaması üçün onu pisləmək lazımdır”.

Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, kulturologiya doktoru, professor Yuri Pompeyev bildirib ki, 24 il bir nəslin yaşıdır. O, “Xocalıya ədalət!” kampaniyasından danışaraq vurğulayıb ki, “ədalət” açar sözüdür: “Amma ədalətə nail olmaq və bu sözün miqyasını əhatə etmək də çox çətindir. Mənim bu kampaniyaya aidiyyətim var. Mən həmişə ona hay verirəm. Cənubi Qafqazdakı hadisələrə bu şəkildə cəlb olunmağım sayəsində son illər bütün maraq və gücümü həmin ağrıya sərf edirəm ki, əhali ən azı 24 il əvvəl o vaxtkı Qarabağın bu kiçik şəhərində baş verənlərdən xəbərdar olsun”.

Sərgidəki əsərlərin çoxunda tankların təsvir olunduğunu bildirən Y.Pompeyev deyib: “Tanklar 366-cı alay deməkdir. Düzdür, bu tanklar nə yaşıl, nə də qırmızı rəngdə olub. Onları ağ rəngə boyamışdılar ki, sovet ordusuna məxsus olduğunu gizlətsinlər. Ancaq o vaxt bu alay millətçi nasist qüvvələrin sərəncamında idi. Çünki Serj Sarkisyan o dövrdə Ermənistan ordusunun rəhbərlərindən biri idi. Bu, rüsvayçılıqdır. Bu fakt mütləq Rusiya Federasiyasının indiki vətəndaşlarının diqqətinə çatdırılmalıdır və mən də bunu etməyə çalışıram”.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, hər bir insanın din, siyasət, mənəvi azadlıq hüququ var. Hər kəsin həm də xatırlamaq kimi alınmaz hüququ var. Xocalı faciəsinə bənzər faciələrin unudulması yeni-yeni fəlakətlərə yol aça bilər. Deputat deyib: “Vətəndaşlar yalnız dövlətləri güclü olan təqdirdə özlərini təhlükəsizlikdə hiss edə bilərlər. Müstəqil Azərbaycan Xocalı faciəsindən keçən onilliklər ərzində daha möhkəm, daha qüdrətli olub, dünya arenasında müstəqil oyunçuya və Cənubi Qafqazda sülhün qarantına çevrilib. Bu gün azərbaycanlılar əmin ola bilərlər: onların ölkəsi onları müdafiə edəcək!”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəlmiş Xocalı faciəsinin şahidləri - hər iki valideynini itirmiş Həmayil Xəlilova və Murad Hüseynov, habelə Xocalı hadisələrinin şahidi, hazırda Tula şəhərində yaşayan Mənsurə Həbibullina da tədbir iştirakçıları arasında olublar.

Tədbirdə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Leyla Əliyeva: Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb