CƏMİYYƏT


Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib

Bakı, 19 aprel, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakının 1, 2 və 3 saylı uşaq evlərinin sakinləri, eləcə də daun sindromlu uşaqlar bu dəfə asudə vaxtlarında sevimli “Smurfiki” animasiya filmini izləyiblər.

“CinemaPlus”da təşkil olunan nümayiş zamanı Leyla Əliyeva uşaqlarla görüşüb, onlarla birgə foto çəkdirib.

Filmi maraqla qarşılayan uşaqlara, həmçinin “Smurfiki” filminə aid müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda onlarla birgə olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.