MƏDƏNİYYƏT


“Leyli və Məcnun” növbəti dəfə Opera və Balet Teatrının səhnəsində

A+ A

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə səhnənin Məcnunu Əməkdar Artist İlkin Əhmədov olub. O, səhnəni tərəf-müqabili gənc xanəndə Arzu Əliyeva ilə bölüşüb. Hər iki xanəndənin ifasında səhnə əsəri böyük ustalıqla təqdim edilib.

Səhnə əsərini Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.