MƏDƏNİYYƏT


“Leyli və Məcnun” operası yenidən ABŞ-da təqdim edilib

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 6-7-də ABŞ-da Hopkins İncəsənət Mərkəzində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada böyük uğurla təqdim olunub.

Operadakı əsas ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

“Leyli və Məcnun” layihəsində britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.